Azərbaycanlı gənc beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycanlı gənc beynəlxalq turnirdə qızıl medal qazandı
10.04.2026 22:40 İdman

Gürcüstanda yaşayan azərbaycanlı gənc idmançı Əbülfəz Məmmədov beynəlxalq turnirdə qızıl medal qazanıb.

TodayPress TV-nin məlumatına görə, Rustavi şəhərindən olan 17 yaşlı idmançı Şimali Makedoniyada keçirilən "Skopje Open Raumus 2026" taekvondo turnirində uğurlu çıxışı ilə yadda qalıb.

Bildirilib ki, Əbülfəz Məmmədov yarış zamanı güclü rəqiblərini məğlub edib.

O, 48 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına sahib olub.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər