Azərbaycanı tituldan bir oyun ayırır

Azərbaycanı tituldan bir oyun ayırır
31.05.2025 09:00 İdman

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında baş mükafat uğrunda finalda yarışacaq komandaların adına aydınlıq gəlib. 

TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin həlledici oyunda rəqibi Macarıstan seçməsi olub. 

Macarıstan kollektivi mundialın ikinci yarımfinal qarşılaşmasında Serbiya millisini penaltilər seriyasında (3:1) məğlub edərək finalda Azərbaycanla qarşılaşmaq hüququ qazanıb.

Yarımfinalda millimizə (2:1) məğlub olan Monteneqro isə üçüncü yer uğrunda görüşdə Serbiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Mundialın mükafatları uğrunda oyunlar iyunun 1-də keçiriləcək. 

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər