Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazandı

Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazandı
25.05.2025 21:03 İdman

Azərbaycan yığması Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda qələbə qazanıb.

TodayPress TV xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Mavritaniya ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutan görüş millinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər