Azərbaycan idmançıları “WTT Youth Contender” turnirində mükafat qazandı
İdman
12.03.2026 12:04
Azərbaycanın stolüstü tennisçiləri Almaniyada keçirilən “WTT Youth Contender” turnirində uğurlu çıxış ediblər.
TodayPress TV xəbər verir ki, Berlin şəhərində təşkil olunan yarışda iştirak edən üç idmançımızdan ikisi mükafata layiq görülüb.
Gənc stolüstü tennisçilərdən Onur Quluzadə U-15, Ələkbər Mirzəliyev isə U-11 yaş kateqoriyasında üçüncü yeri tutublar.
Bu gün Çexiya Respublikasına yollanan Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət trio Havířov şəhərində keçiriləcək analoji turnirdə də uğurlu nəticə qazanmağa çalışacaq.
Namiq HUN
tag: WTT Youth Contender,Turnir,Tennis,Almaniya,Todaypress.tv,
