Azərbaycan 8 boksçu ilə 1/4 finala yüksəldi

Azərbaycan 8 boksçu ilə 1/4 finala yüksəldi
10.12.2025 11:01 İdman

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. 

TodayPress TV xəbər verir ki, Azərbaycan komandasının daha 2 boksçusu 1/8 final mərhələsində qələbə qazanıb.

Maqsud Xasmetov (63,5 kq) tacikistanlı Ruslan Qafurovdan güclü olub. O, 1/4 finalda Qırğızıstan boksçusu Omar Livaza ilə döyüşəcək.

Sərxan Əliyev (71 kq) də mərhələ adlayıb. Dünya çempionatının mükafatçısı latviyalı Arturs Vaisə qalib gəlib. O, 1/4 finalda qazaxıstanlı Ablayxan Jussupovla qarşılaşacaq.

Qeyd edək ki, Xasmetov və Əliyevdən öncə daha 6 boksçumuz 1/4 finalda iştirakını rəsmiləşdirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər