Azarkeşlərə müjdə: Kurtua meydanlara qayıtmağa yaxındır
İdman
11.04.2026 11:36
Tibo Kurtuanın zədədən bərpa prosesi gözləniləndən daha sürətlə gedir.
TodayPress TV xəbər verir ki, “The Athletic” nəşrinin məlumatına görə, “Real Madrid”in qapıçısı sağ bud əzələsindən aldığı zədəyə baxmayaraq, planlaşdırılandan tez sıraya dönə bilər.
Belçikalı qolkiper martın 17-də zədələnmişdi və ilkin proqnoza əsasən, təxminən bir ay yarım meydanlardan kənarda qalacağı gözlənilirdi.
Lakin son məlumatlara görə, Kurtua aprelin sonuna qədər bərpa olunaraq Çempionlar Liqasının yarımfinal mərhələsində oynamağa ümid edir. Bunun üçün Madrid təmsilçisi növbəti mərhələyə yüksəlməlidir.
Qeyd edək ki, “Real Madrid” 1/4 finalın cavab oyununda aprelin 15-də səfərdə “Bavariya” ilə qarşılaşacaq. İlk matçda “kral klubu” 1:2 hesabı ilə məğlub olub.
Kurtua cari mövsüm La Liqada neydana çıxdığı 28 oyunda qapısında 24 qol görüb.
Namiq HUN
tag: Tibo Kurtua,Real Madrid,Zədə,Futbol,Todaypress.tv,
