Azarkeş davranışı “Neftçi”yə baha başa gəldi

Azarkeş davranışı “Neftçi”yə baha başa gəldi
11.03.2026 15:22 İdman

Premyer Liqanın XXIII turunda keçirilən “Neftçi” – “Turan Tovuz” matçında yaşanan insidentlər paytaxt təmsilçisi üçün ciddi cəza ilə nəticələnib.

TodayPress TV xəbər verir ki, AFFA İntizam Komitəsi “Neftçi” klubunun ümumilikdə 23 000 manat məbləğində cərimələnməsi barədə qərar qəbul edib.

Belə ki, qarşılaşma zamanı azarkeşlərin təhqiredici pankart açmasına görə “ağ-qaralar” 15 000 manat cərimə olunub. Bundan əlavə, ev sahibi komandanın tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi və bu halın cari mövsümdə artıq beşinci dəfə təkrarlanması səbəbilə klub əlavə olaraq 8 000 manat cərimə ilə üzləşib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər