Ayxan Abbasov hədəfi açıqladı: Millinin məqsədi yüksəlişdir
İdman
13.02.2026 09:15
"Əsas məqsədimiz C Liqasına qayıtmaqdır"
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan yığma komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.
A.Abbasov UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün püşkünü dəyərləndirib:
“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.
Qeyd edək ki, Azərbaycan yığma komandası D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə bu ilin sentyabrında start veriləcək.
Namiq HUN
tag: Ayxan Abbasov ,AFFA,Milli komanda ,UEFA Millətlər Liqası,Todaypress.tv,
