Avropa gecəsi yaxınlaşır: “Qarabağ” oyununu idarə edəcək hakimlər bilindi
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Nyukasl” Yunayted qarşılaşmasının hakim təyinatları açıqlanıb.
TodayPress TV xəbər verir ki, Bakıda baş tutacaq ilk oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Espen Eskas olacaq. Ona laysmanlar Yan-Erik Enqan və İsak Elias Başevnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək.
Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” matçı saat 21:45-də başlayacaq.
Namiq HUN