Atletlərimiz Sloveniyaya yollandılar

Atletlərimiz Sloveniyaya yollandılar
22.06.2025 16:15 İdman

Azərbaycan atletləri Sloveniyanın Maribor şəhərində komandalar arasında keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

TodayPress TV xəbər verir ki, Azərbaycan millisi iyunun 24-25-də baş tutacaq yarışa geniş heyətlə yollanıb.

Yığmamız Avropa çempionatının 3-cü Divizionunda Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, Ermənistan, Monteneqro, Şimali Makedoniya, İslandiya, Kosovo, Moldova, Lixtenşteyn, Lüksemburq, Malta və San-Marino atletləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, yekunda ilk 3 yeri tutan komandalar 2-ci diviziona yüksələcək.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər