Arteta qalır: London klubu məşqçi ilə davam etmək istəyir!
İdman
10.04.2026 10:17
İngiltərənin “Arsenal” klubu baş məşqçi Mikel Arteta ilə yeni müqavilə imzalamağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, BBC nəşrinin yaydığı məlumata görə, tərəflər artıq ilkin danışıqlara başlayıb.
Hazırkı müqaviləsi daha bir il qüvvədə olsa da, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin fəaliyyətindən razıdır və onu komanda üçün doğru seçim hesab edir.
Qeyd edək ki, Arteta 2019-cu ildən Arsenal klubuna rəhbərlik edir. O, baş məşqçi kimi ilk mövsümündə komanda ilə FA Cup kubokunu qazanaraq indiyədək yeganə böyük tituluna imza atıb.
Bildirilir ki, tərəflər arasında danışıqlar müsbət istiqamətdə inkişaf edirdi. Lakin mövsümün həlledici mərhələsinin yaxınlaşması səbəbindən həm klub, həm də məşqçi diqqəti cari mövsümün uğurla başa çatdırılmasına yönəltmək üçün danışıqları müvəqqəti dayandırmaq barədə razılığa gəlib.
Bununla belə, mövsümün yekun nəticəsinin Artetanın gələcəyinə təsir etməyəcəyi vurğulanır. Həm klub, həm də ispaniyalı mütəxəssis əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Namiq HUN
tag: Arsenal,Mikel Arteta,İngiltərə,Müqavilə,Todaypress.tv,
