“Arsenal”dan transfer bombası: 100 milyonluq vinger hədəfdə

İdman

16.02.2026 12:37

“Arsenal” “RB Leypsiq”in vingerini 100 milyon avroya transfer edə bilər.

TodayPress TV TEAMtalk-a istinadən xəbər verir ki, London təmsilçisi yay transfer pəncərəsində “RB Leypsiq”in vingeri Yan Diomandı heyətinə qatmağı planlaşdırır. 

Bildirilir ki, “topçular” kotdivuarlı futbolçunu Qabriel Martinelliyə potensial əvəzləyici kimi nəzərdən keçirir. “RB Leypsiq” isə 100 milyon avro məbləğində təklifi qiymətləndirməyə hazırdır. Diomandın klubla mövcud müqaviləsi 30 iyun 2030-cu ilə qədər qüvvədədir.

Qeyd edək ki, vinger 2025-ci ilin yayından Almaniya klubunda çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə “RB Leypsiq” forması ilə 24 oyuna çıxıb, doqquz qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt portalında futbolçunun transfer dəyəri 45 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Arsenal,Avro,Transfer,Yan Diomand,Todaypress.tv,