“Arsenal” türkiyəli futbolçuya elçi düşdü
İngiltərənin “Arsenal” klubu türkiyəli futbolçu Kenan Yıldızın nümayəndələri ilə danışıqlara başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Goal.com” nəşri məlumat yayıb.
“Topçular” “Yuventus” klubunun hücumçusunu heyətinə qatmaqda israrlıdır.
Turin təmsilçisi yayda “Çelsi”dən təklif alsa da, 20 yaşlı futbolçunu buraxmayıb.
Qeyd edək ki, Kənan Yıldız cari mövsüm “Yuventus”un heyətində meydana çıxdığı 9 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Namiq HUN