Alvares “Atletiko”nun tarixinə düşdü

Alvares “Atletiko”nun tarixinə düşdü
31.05.2025 13:30 İdman

“Atletiko Madrid” klubunda cari mövsümün ən yaxşı futbolçusu məlum olub.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Xulian Alvares mövsümün ən yaxşısı seçilib. 

O, “hindular”ın heyətindəki debüt mövsümündə 37 La Liqa matçında 17 qol vurub və 4 məhsuldar ötürmə edib. 

Forvard bütün yarışlarda 54 oyuna çıxıb. O, bu görüşlərdə 29 qol vurub və 7 assistlə yadda qalıb. 

Qeyd edək ki, ötən yay “Mançester Siti”dən “Atletiko”ya keçən Alvaresin Madrid klubu ilə müqaviləsi 30 iyun 2030-cü ilə qədərdir.

Namiq HUN

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər