Alonso “Enfild”ə yaxınlaşır: Slotun taleyi ÇL-dən asılıdır

İdman

10.03.2026 10:54

İspaniyalı mütəxəssis Xabi Alonso mövsümün sonunda “Liverpul” klubunun baş məşqçisi ola bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə “OK Diario” nəşri məlumat yayıb.

Bildirilib ki, Alonso ilə İngiltərə klubu arasında artıq əməkdaşlıqla bağlı şifahi razılıq mövcuddur. Tərəflərin 3 illik müqavilə imzalaya biləcəyi qeyd olunur.

Lakin bu razılaşmanın reallaşması Arne Slot rəhbərliyi altında “Liverpul”un mövsümdə göstərəcəyi nəticələrdən asılı olacaq. Mersisayd təmsilçisi cari mövsüm UEFA Çempionlar Liqasını (ÇL) qazanarsa, əldə olunmuş razılaşma qüvvəsini itirə bilər.

Qeyd olunur ki, “Liverpul” nümayəndələri ilə Alonsonun ətrafı arasında ilk qeyri-rəsmi təmaslar noyabrın sonunda baş tutub. Həmin dövrdə mütəxəssis əvvəlki iş yerində nəticələrə görə təzyiq altında idi və “Enfild” rəhbərliyi onu növbəti mövsümə dəvət etmək variantını araşdırmağa başlayıb.

Xatırladaq ki, Alonso bu ilin yanvar ayının ortalarında, klubdakı ilk mövsümündə “Real Madrid”dən istefaya göndərilmişdi.

Namiq HUN

TodayPress TV

tag: Xabi Alonso,Liverpul,Arne Slot,ÇL,Todaypress.tv,