Alkarasdan etiraf: Sinnerin oyunu məni heyran edir
İdman
11.04.2026 15:41
Karlos Alkaras Yannik Sinnerin oyunundan hansı elementləri götürmək istədiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə Monte-Karlo turnirinin mətbuat konfransında danışıb.
İspaniyalı tennisçi italiyalı rəqibinin xüsusilə iki cəhətini yüksək qiymətləndirib.
“Düzünü desəm, iki məqam var. Birincisi, onun müdafiədən hücuma keçidi – necə müdafiə olunur və dərhal aqressiv oyuna keçir. O, topa inanılmaz dərəcədə dəqiq zərbə vurur, demək olar ki, həmişə raketin mərkəzinə düşür.
İkincisi isə servisidir. Son altı ayda o, həm birinci, həm də ikinci servisini xeyli yaxşılaşdırıb. Bu, mənim də üzərində işləmək istədiyim məqamdır. Bəzən onun nəyi dəyişdiyini izləyirəm ki, öz oyunumu necə inkişaf etdirə biləcəyimi anlayım. Bu iki xüsusiyyət məni heyran edir”, – deyə Alkaras bildirib.
Namiq HUN
tag: Karlos Alkaras,Yannik Sinner,Tennis,Oyun,Todaypress.tv,
