Ağır çəkidə sürpriz gözlənilir – favorit təhlükədədir
İdman
10.04.2026 16:47
Rusiyalı döyüşçü Timur Musayev qarşıdakı boks görüşü ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, Tayson Fyuri ilə Aslanbek Mahmudov arasında keçiriləcək döyüşü dəyərləndirib.
Musayev bildirib ki, bu qarşılaşma rusiyalı azarkeşlər üçün olduqca maraqlıdır və uzun müddətdir bu səviyyədə ağır çəki döyüşü olmayıb. Onun sözlərinə görə, Fyuri daha məşhur və favorit hesab olunsa da, Mahmudov sensasiya edə bilər:
“Döyüş Böyük Britaniyada keçiriləcək və diqqət daha çox Fyuriyə yönələcək. Ola bilər ki, bu qarşılaşmanı onun üçün asan sayırlar. Amma Mahmudov sürpriz edə bilər. Elə təəssürat yaranır ki, Fyuri artıq əvvəlki kimi deyil. Üstəlik, rəqibi kiçik hesab etmək də rol oynaya bilər. Əgər Aslanbek öz səviyyəsini göstərsə, bu döyüşü qazana bilər”, – deyə Musayev qeyd edib.
Qeyd edək ki, Fyuri – Mahmudov döyüşü aprelin 12-də keçiriləcək.
Namiq HUN
tag: Timur Musayev,Tayson Fyuri,Aslanbek Mahmudov,Döyüş,Todaypress.tv,
