AFFA Fernandu Santuşa təzminat ödədi

AFFA Fernandu Santuşa təzminat ödədi
11.10.2025 09:39 İdman

AFFA milli komandanın baş məşqçisi postundan istefaya göndərilən Fernandu Santuşa təzminat ödəyib.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib.

Bildirilib ki, portuqaliyalı məşqçi ilə müqavilədə yer alan bütün şərtlərə əməl edilib.

AFFA rəsmi şəkildə bu məbləği açıqlamasa da, əldə edilən məlumata görə, ona 1 milyon 800 min avro (3 milyon 700 min manat) təzminat ödənilib.

Xatırladaq ki, Fernandu Santuş sentyabrın 8-də istefaya göndərilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər