31 oyunluq məğlubiyyətsizlik! NBA-də nadir hadisə qeydə alındı!

31 oyunluq məğlubiyyətsizlik! NBA-də nadir hadisə qeydə alındı!
11.11.2026 11:50 İdman

“Leykers”, “Qolden Steyt” və daha üç NBA klubu unikal göstəriciyə imza atıb.

TodayPress TV xəbər verir ki, NBA-in Qərb Konfransının turnir cədvəlində ilk beş pillədə qərarlaşan komandaları ardıcıl 31 oyunda məğlubiyyət acısı yaşamayıblar. 

Liqanın rəsmi saytının məlumatına görə, 1970/1971-ci illər mövsümündə müasir konfrans sisteminin tətbiqindən bəri ilk dəfə Qərb Konfransının ən yaxşı beş komandası eyni vaxtda azı dörd oyunluq qələbə seriyasına malikdir.

Ən uzun qələbə seriyası “San-Antonio Spörs”ə məxsusdur. Komanda ardıcıl 9 görüşdə qalib gəlib. “Qolden Steyt Uorriorz” 8 qələbə ilə ikinci, “Los-Anceles Leykers” isə 6 qələbə ilə üçüncü pillədə qərarlaşıb. “Oklahoma-Siti Tander” və “Minnesota Timbervulvz” komandalarının hər biri ardıcıl 4 qələbə qazanıb. Beləliklə, beş kollektivin qələbə seriyalarının ümumi sayı 31-ə çatıb.

Maraqlıdır ki, “San-Antonio” və “Qolden Steyt” cari müntəzəm mövsümə məğlubiyyətlə başlayıblar. Texas təmsilçisi ilk iki, Kaliforniya klubu isə ilk üç matçında uduzub. Həmin görüşlərdən sonra isə hər iki komanda məğlubiyyətlə üzləşməyib.

Son oyunlarında “San-Antonio Spörs” “Finiks Sans”ı 122:96 hesabı ilə darmadağın edib. “Qolden Steyt Uorriorz” isə “Nyu-Orlean Pelikans”ı 138:87 hesabı ilə məğlub edərək cari çempionatın ən böyükhesablı qələbəsinə imza atıb.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər