Müdafiə Nazirliyindən general-mayorun ölümü ilə bağlı BAŞSAĞLIĞI

Müdafiə Nazirliyindən general-mayorun ölümü ilə bağlı BAŞSAĞLIĞI
16.08.2026 13:45 Hərbi

Azərbaycan Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Müdafiə Nazirliyinin rəhbərliyi və kollektivi görkəmli dövlət xadimi, uzun müddət təhlükəsizlik orqanlarında və sərhəd qoşunlarında böyük xidmətləri olmuş istefada olan general-mayor Novruzov Abbasəli Ramazan oğlunun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir", - başsağlığında deyilir.

Qeyd edək ki, Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov bu gün vəfat edib.

XƏBƏR LENTİ
16 AVQUST 2026
Bütün Xəbərlər