Gülər Şuşada hərbi texnikalara baxdı – FOTO

Gülər Şuşada hərbi texnikalara baxdı – FOTO
01.10.2026 13:37 Hərbi

Türkiyənin müdafiə naziri Yaşar Gülər Azərbaycanın ev sahibliyi etdiyi, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” təliminin “Seçkin müşahidəçi günü” tədbirində iştirak edib.

TodayPress TV xəbər verir ki, Yaşar Gülər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Mətin Tokel və Hərbi Hava Qüvvələri komandanı general Rəfət Dalkıranla birlikdə Şuşada təlimin keçirildiyi əraziyə gedib.

Türkiyənin müdafiə naziri Azərbaycanın müdafiə naziri, ordu generalı Zakir Həsənovla birlikdə təlim ərazisində nümayiş etdirilən, eləcə də təlim zamanı istifadə olunan silah, sursat və hərbi texnikalara baxış keçirib.

FOTOLAR

Gülər Şuşada hərbi texnikalara baxdı – FOTO — 1
Gülər Şuşada hərbi texnikalara baxdı – FOTO — 2
Gülər Şuşada hərbi texnikalara baxdı – FOTO — 3
XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər