Zirzəmidən kişi meyiti tapıldı
Bakıda zirzəmidən kişi meyiti tapılıb.
TodayPress TV-nin məlumatına görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.
56 yaşlı Markov Dimitri Germanoviçin meyiti qəsəbə ərazisindəki binalardan birinin zirzəmisində aşkarlanıb. Onun tüfeyli həyat tərzi sürdüyü bildirilir. Ölüm səbəbi isə bəlli deyil.
Araşdırma aparılır.