NİİM sürücülərə müraciət etdi - Piyada keçidinə yaxınlaşanda diqqətli olun! - VİDEO

NİİM sürücülərə müraciət etdi - Piyada keçidinə yaxınlaşanda diqqətli olun! - VİDEO
30.06.2026 12:09 Hadisə

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciət edib.

TodayPress TV xəbər verir ki, müraciətdə piyada keçidlərinə yaxınlaşdıqları zaman sürücülərin əməl etməli və diqqətlə yanaşmalı olduqları 5 qayda yer alıb.

Qaydalar belədir:

1. Əvvəlcə yol nişanlarına diqqət yetirməli;

2. Piyadalar keçidə yaxınlaşan zaman sürət həddini azaltmalı;

3. Sərt əyləcdən istifadə etməməli;

4. Düzgün ara məsafəsi saxlamalı;

5. Dayanmalı və piyadalara yol verməlidirlər.

Qeyd olunub ki, bu qaydalara hər bir sürücü əməl etməlidir. Əks təqdirdə piyada vurulması ilə nəticələnən qəzalar qaçılmaz olacaq.

Bakıda piyada keçidlərindən birində baş verən qəzanı təqdim edirik:

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər