Yasamalda ölümlə nəticələnən partlayışın ANBAAN GÖRÜNTÜLƏRİ
Xəbər verdiyimiz kimi Bakının Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən ikimərtəbəli yaşayış evində dəhşətli partlayış baş verib.
TodayPress TV xəbər verir ki, partlayış və yanğın hadisəsinin anbaan görüntüləri yayılıb.
Qeyd edək ki, hadisə nəticəsində evin 50 kv.m sahəsi yanıb, 3 nəfər xəsarət alıb və dağıntılar altından 2010-cu il təvəllüdlü yeniyetmənin meyiti çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.