Yardımlıda 9 200 ədəd xaş-xaş kolu məhv edildi

Yardımlıda 9 200 ədəd xaş-xaş kolu məhv edildi
27.06.2025 09:36 Hadisə

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə TodayPress TV-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Ümumi çəkisi 1650 kiloqram olan 9200 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər