Xəzər sahilində ölü suitilər aşkarlandı

Xəzər sahilində ölü suitilər aşkarlandı
04.11.2025 06:00 Hadisə

Qazaxıstanın Tupqarağan rayonunun Bautino kəndi yaxınlığında, Xəzər dənizinin sahilində suiti cəsədləri tapılıb.

TodayPress TV xəbər verir ki, bu barədə  “Kazinform” agentliyi  məlumat yayıb.

Bildirilib ki, iri dəniz məməlisini görən və bu barədə aidiyyəti orqanlara məlumat verən yerli sakin sahildə altı ölü suitinin uzandığını bildirib. Onlardan ikisinin boğazına balıqçı torları dolaşmış vəziyyətdə olub.

Mangistau vilayətinin balıq ehtiyatlarının mühafizəsi idarəsi məlumat yayıb ki, faktla bağlı hadisə yerinə bütün səlahiyyətli qurumların inspektorları ezam edilib.

Xatırladaq ki, bu ilin may ayında Mangistau sahillərində 279, iyul ayında isə Aktau sahilində bir ölü suiti aşkarlanmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər