Xəzər dənizində güclü zəlzələ baş verdi

Xəzər dənizində güclü zəlzələ baş verdi
26.04.2026 22:00 Hadisə

Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:09-da qeydə alınıb. Zəlzələ ocağı 74 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, bu gün saat 11:36-da da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3,2 olub.


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər