Ucar sakini su hovuzuna düşərək öldü
Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.
TodayPress TV Apa”ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qaracallı kəndində baş verib.
Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü İntiqam Vaqif oğlu Zahidov həyətində olan su hovuzuna düşərək ölüb.
Faktla bağlı araşdırma aparılır.