Tovuzda ev yandı

Tovuzda ev yandı
02.11.2025 21:35 Hadisə

Tovuzda ev yanıb. Hadisə şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb.

TodayPress TV xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub.

Yanğının tez müddətdə qarşısı alınıb. Yanğın zamanı 190 kvadratmetr sahəsi olan evin 70 kvadratmetri əşyaları ilə birlikdə tamamilə yanıb. Evin digər qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Məlumata görə, yanğın zamanı ev sahibi evdə olmayıb.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər