Tonlarla çətənə kolu məhv edilib

Tonlarla çətənə kolu məhv edilib
23.06.2026 15:07 Hadisə

Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edilib.

TodayPress TV DİN-ə istinadən xəbər verir ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Bayramkoxa kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 4 ton 600 kiloqram olan 9100 ədəd çətənə kolu məhv edilib.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər