Təmirə bağlanan yola daxil olan sürücü qəza törətdi

Hadisə

26.04.2026 04:56

Təmirə bağlanan yola daxil olan sürücü qəza törədib. Nəqliyyat vasitəsi qarşısına çıxan betona çırpılıb.

TodayPress TV "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə 2 gün əvvəl paytaxtın Səbail rayonu ərazisində baş verib. Avtomobilin sürücüsü Ələsgər Əliyev deyir ki, yolda işıqlandırma olmadığından anidən qarşısına çıxan maneəni görməyib və nəticədə qəza qaçılmaz olub.

Avtomobilin sahibinin sözlərinə görə, yolun təmirə bağlandığını göstərən xəbərdaredici nişanı görməyib.

Hüquqşünas Şamil Paşayev deyir ki, sürücünün qəza törətməsinin əsas səbəbi yol ilə bağlıdırsa, hüquqi yolla dəymiş zərəri tələb edə bilər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, zərərçəkən şəxs rəsmi olaraq quruma müraciət etdikdən sonra araşdırma aparılacaq və lazımi addımlar atılacaq.



TodayPress TV


tag: Təmir, Yol, Nəqliyyat,Avtomobil, todaypress.tv,