Ağdamda traktor minaya düşdü - YENİLƏNDİ
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində 2026-cı il 5 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.
Ağcabədi rayonu Şotlanlı kənd sakini 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Sarıyev Elmdar xəsarət alıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
***
Ağdamda şum işləri apararkən traktor minaya düşüb.
TodayPress TV Report-a istinadla xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib.
İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb.
Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, mexanizatorun xəsarət almadığı bildirilir.
Hazırda faktla bağlı araşdırma aparır.