ANAMA Şuşanın o kəndindəki minatəmizləmə rəqəmlərini açıqladı

ANAMA Şuşanın o kəndindəki minatəmizləmə rəqəmlərini açıqladı
25.06.2026 11:42 Hadisə

Şuşa rayonunun Sarıbaba kəndinin yenidən qurulması ilə bağlı ərazinin minadan təmizlənməsi layihəsi çərçivəsində 82 ha ərazi təmizlənib, 14 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Qeyd edilib ki, Şuşa rayonu Sarıbaba kəndi - Qarabağın dağlıq hissəsində, təxminən 1500 metr yüksəklikdə yerləşən yaşayış məntəqəsidir. Ərazi uzun müddət hərbi nəzarət zonası olub və bu istiqamətdə döyüşlər aparılıb.

"Kənd ərazisində aparılan texniki tədqiqat əməliyyatları nəticəsində ərazi döyüş sahəsinin təmizlənməsi kimi qiymətləndirilib. Döyüş sahəsinin təmizlənməsi əməliyyatları yerüstü və yeraltı təmizləmə üsulları ilə həyata keçirilir. Ərazidəki dik yamaclar və meşəlik sahələr partlayıcı sursatların vizual aşkarlanmasını çətinləşdirən amillərdəndir. Bundan əlavə, dağlıq ərazilərdə tez-tez və gözlənilmədən dəyişən hava şəraiti və temperatur fərqləri minaaxtaranların fəaliyyətini daha da mürəkkəbləşdirir", - məlumatda vurğulanıb.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər