Sumqayıtda toyda ölüm hadisəsi baş verdi

Sumqayıtda toyda ölüm hadisəsi baş verdi
05.11.2025 23:15 Hadisə

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən şadlıq saraylarından birində faciəvi hadisə baş verib.

TodayPress TV xəbər verir ki, 1955-ci il təvəllüdlü Yarəliyev Əliflan Nəzər oğlu toy mərasimi zamanı oynayarkən qəfildən halı pisləşib.

Yaxınları ona kömək göstərməyə çalışsalar da, Ə.Yarəliyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər