Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu: Xəsarət alan var - VİDEO

Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu: Xəsarət alan var - VİDEO
01.07.2026 09:17 Hadisə

Saat 22:28 radələrində benzin daşıyan avtomobil dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq Sumqayıtçay stansiyasının çıxışında hərəkətdə olan teplovozun qarşısına çıxıb.

TodayPress TV xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qeydə alınıb. Nəticədə teplovoz relsdən çıxıb, avtomobilin sürücüsü xəsarət alıb.

“Hadisə ilə bağlı araşdırma aparılır.

ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Unutmaq olmaz ki, yol həmişə qatarındır”, - deyə əlavə edilib.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər