SON DƏQİQƏ! Kür çayı bəndi yardı - Bu ərazilər sular altında qalacaq?
Ağcabədi rayonunda Kür çayı bəndi yarıb.
TodayPress TV xəbər verir ki, hadisə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən Qarqarçayla qovuşduğu yerdə qeydə alınıb.
Buna səbəb bir neçə gündür yağan aramsız yağışlardan sonra Kür çayında suyun səviyyəsinin normadan çox artması olub.
Hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.
Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.
(Report)