ŞOK HADİSƏ! İstirahət üçün getdi - Meyiti aşkarlandı...

ŞOK HADİSƏ! İstirahət üçün getdi - Meyiti aşkarlandı...
27.04.2026 22:40 Hadisə

Naftalan şəhərində yerləşən “Möcüzəli” sanatoriyasında 70 yaşlı kişinin meyiti aşkarlanıb.

TodayPress TV-nin  məlumatına görə, hadisə sanatoriyada qeydə alınıb. Belə ki, istirahət üçün gələn Yardımlı rayon sakini, 1956-cı il təvəllüdlü Z. Rzaquliyevin meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin ehtimala əsasən, onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər