Şirvanda oğurluq edənlər saxlanıldı - Nə qədər oğurlayıblar?

Hadisə

16.04.2026 11:45

Şirvanda evdən 15000 manat oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Emin Abbasov və Ağa Dəmirov saxlanılıblar. Onlar qeyd edilən mənzildən 15000 manat nağd pul vəsaiti oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

TodayPress TV

tag: DİN,Polis,Oğru,Həbs,Todaypress.tv,

photo