Şəkidə yol qəzası baş verdi
Avqustun 17-də saat 01 radələrində Şəki-Qax avtomobil yolunun 24-cü kilometrliyində “VAZ-21723” markalı minik avtomobili ilə evakuator toqquşub.
TodayPress TV xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə nəticəsində “VAZ”ın sürücüsü, 44 yaşlı Natiq Calalov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.