Sabirabadda ağır qəza: Xəsarət alanların son durumu açıqlandı

Sabirabadda ağır qəza: Xəsarət alanların son durumu açıqlandı
25.06.2026 20:50 Hadisə

Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.

TodayPress TV xəbər verir ki, oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə səbəbilə xəsarət alan dörd nəfər (bir kişi, üç qadın) iyunun 25 də saat 16:00-da Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən üç nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda bir nəfərin (kişi) müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər