Rusiyadan Azərbaycana sifariş verənlərin DİQQƏTİNƏ! Çatdırılmalar dayandırılır

Rusiyadan Azərbaycana sifariş verənlərin DİQQƏTİNƏ! Çatdırılmalar dayandırılır
23.07.2026 00:17 Hadisə

Rusiyadan Azərbaycana onlayn sifarişlərin çatdırılmasında fasilələr yaranıb.

TodayPress TV xəbər verir ki, “BT NEWS”in məlumatına əsasən, Azərbaycandan olan bir sıra müştərilər Rusiya internet mağazaları vasitəsilə etdikləri sifarişlərin ləğv edilməsi ilə bağlı bildirişlər almağa başlayıblar.

Müştərilərə bildirilib ki, hazırda Rusiyadan Azərbaycana məhsul çatdırılması mümkün deyil.

Məlumata görə, yaranmış vəziyyətin Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyadakı iri ticarət və logistika anbarlarına endirdiyi zərbələrlə əlaqəli olduğu ehtimal edilir. Bildirilir ki, anbar infrastrukturuna dəyən ziyan bəzi beynəlxalq sifarişlərin emalı və göndərilməsinin müvəqqəti dayandırılmasına səbəb ola bilər.

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər