Rusiyada 17 yaşlı Goranboy sakinini qatar vuraraq öldürdü

Rusiyada 17 yaşlı Goranboy sakinini qatar vuraraq öldürdü
04.11.2025 23:40 Hadisə

Rusiyada Goranboy sakinini qatar vurub.

TodayPress TV-nin məlumatına görə hadisə Rusiyanın Krasnodar şəhərində qeydə alınıb.

Belə ki, Goranboy şəhər sakini 2008-ci il təvəllüdlü P. Bağırovu şəhər ərazisində qatar vurub.

Yeniyetmə oğlan aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Mərhum doğulduğu Goranboy şəhərində dəfn ediləcək. Yeniyetmənin ölümü ilə bağlı Rusiya hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər