Qəbələdə yanan qadın öldü

Qəbələdə yanan qadın öldü
12.06.2025 22:00 Hadisə

Qəbələdə yanıq xəsarətləri alan qadın ölüb.

TodayPress TV-nin məlumatına görə, hadisə mayın 4-də Aydınqışlaq kəndində baş verib.

Kənd sakini Cabbarova İlhamə Şakir qızı naməlum şəraitdə yanıq xəsarətləri alıb. O, xəstəxanada görülən tədbirlərə baxmyaraq, iyunun 11-də dünyasını dəyişib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər