NTV-də mühüm kadr dəyişikliyi: Vəzifəyə o gətirildi - FOTO

NTV-də mühüm kadr dəyişikliyi: Vəzifəyə o gətirildi - FOTO
22.07.2026 23:27 Hadisə

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Xaliq Yunis oğlu Babayev vəzifəsindən azad edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Həmçinin eyni tarixli digər bir sərəncamla isə Vüsal Hicran oğlu Muradov “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası İdarə Heyəti sədrinin müavini Vüsal Hicran oğlu Muradova həvalə olunub.

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər