Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanıldı

Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanıldı
09.09.2026 16:32 Hadisə

Nəcəf Nəcəfovun məzarından barelyef oğurlanıb.

TodayPress TV xəbər verir ki, hadisə sentyabrın 9-u səhər səhər saatlarında baş verib. 

Vandalizm aktı İkinci Fəxri xiyabanda (Qurd qapısı) törədilib.

Bürünc barelyef başdaşının üzərinə quraşdırılmış “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirir.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ülvi Kazımov yaxalanıb. Oğurlanmış barelyefin satıldığı yer aşkar edilib və maddi sübut kimi götürülüb. Baxış zamanı barelyefin hissələrə doğranmış vəziyyətdə olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Nəcəf Nəcəfov 80–90-cı illərdə hər iki qəzetin redaktoru, sonradan isə milli azadlıq hərəkatının liderlərindən biri olub.

Elçibəy hökumətində o, prezidentin müşaviri postunu tutub.

1999-cu ildə vəfat edib.

2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfovu ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib.

FOTOLAR

Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanıldı — 1
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanıldı — 2
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanıldı — 3
XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər