NARKOMANİYADAN əziyyət çəkən neçə nəfər müalicə alır?

NARKOMANİYADAN əziyyət çəkən neçə nəfər müalicə alır?
15.04.2026 11:54 Hadisə

Azərbaycanda hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 276, QİÇS-lə Mübarizə Mərkəzində 297, Sumqayıt Narkoloji Mərkəzində 125 nəfər) 698 xəstə müalicə alır.

TodayPress TV xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2026-cı ilin yanvar-mart ayları üzrə məlumatında qeyd olunub.

Bildirilib ki, 2026 ilin yanvar-mart ayları ərzində "802" qaynar xətt telefon zəng xidmətinə 183 vətəndaş müraciəti daxil olub ki, onların 16-ı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 16-sı narkotik asılılıqdan müalicə, 151-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər