Meyitinin tapıldığı deyilən şəxsin xəbəri təsdiqlənmədi - Axtarışlar davam edir - VİDEO
Həkəri çayının Zəngilan rayonunun Ağalı kəndindən keçən hissəsində bir nəfər batıb.
Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilərək axtarışlara başlayıblar.
Hazırda 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Qeyd edək ki, daha əvvəl ilkin məlumat əsasında meyitin tapıldığı bildirilmişdi.