Metropolitenin fəaliyyəti bərpa edildi - YENİLƏNDİ 3
Hadisə
21.04.2026 15:05
Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub.
Bu barədə TodayPress TV-yə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
***
14:58
Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.
Bu barədə TodayPress TV-yə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
***
13:29
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Bu barədə TodayPress TV-yə "Bakı Metropoliteni" QSC-dən bildirilib: "Metropolitenin fəaliyyəti yaxın bir saat ərzində bərpa ediləcək".
***
13:03
"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
Bu barədə TodayPress TV-yə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qeyd olunub ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
tag: Metro,Qatar,Sərnişin,Evakuasiya,Todaypress.tv,
