Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırıldı

Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırıldı
21.04.2026 14:34 Hadisə

Bakıda metro xətləri üzrə olan bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir.

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

“Daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Prosesə nəzarət olunur” - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər