Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI
Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red.) Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb.
TodayPress TV xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, general 10 il 6 aylıq həbs müddətini günə-gün başa vurub.
O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib.
Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib.
Milli Təhlükəsizlik Nazirliyi
Antiterror Mərkəzi
Elçin Quliyev
9 saylı cəzaçəkmə müəssisəsi
Todaypress.tv